Bağdadda güclü partlayış: ölənlərin sayı 35-ə çatdı

Bağdadda güclü partlayış: ölənlərin sayı 35-ə çatdı

Hazırda oxunan: Bağdadda güclü partlayış: ölənlərin sayı 35-ə çatdı

29149

İraqın paytaxtı Bağdadın şərqində yerləşən, şiələrin sıx yaşadığı Madinat-Sədr rayonunun bazarında baş vermiş intihar bombasının partlaması nəticəsində ölənlərin sayı 35-ə çatıb, 60-dan çox yaralı var.

Bizim.Media Al Arabia telekanalına istinadla xəbər verir ki, terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

Yerli xəstəxana həkimləri yaralıların bəzilərinin vəziyyəti ağır olduğu üçün ölənlərin sayının arta biləcəyini bildiriblər.

Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Baş verən terror hücumunu müzakirə etmək üçün yüksək təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili bir toplantı keçirən İraqın baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO