Çində bu şəhər su altında qaldı

Çində bu şəhər su altında qaldı

Hazırda oxunan: Çində bu şəhər su altında qaldı

28259

Çinin cənub-qərbindəki Siçuan əyalətində leysan yağışları daşqınlara səbəb olub.

Bizim.Media xəbər verir ki, güclü yağışlar nəticəsində minlərlə insan təxliyyə edilib.

Keçən cümə günündən bəri davam edən yağışlar 14 çayda suyun səviyyəsini artırıb. 120 min insanın daşqından zərər çəkdiyi bildirilir.

Daşqınlar səbəbilə 4 600-dən çox insan yaşadığı yerdən təxliyyə olunub.

Sözügedən təbiət hadisəsi nəticəsində insan itkisi qeydə alınmayıb.

Çin mətbuatı ümumilikdə 4578 hektar əkinçilik ərazisinin su altında qaldığını və 204 evin ziyan gördüyünü xəbər verir. Qeyd olunur ki, bu səbəbdən Çin iqtisadiyyatına 27 milyon dollar ziyan dəyib.

Ümumilikdə isə Çində, bu ilin əvvəlindən indiyə kimi daşqınlar 200-dən çox insanın həyatına son qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO