Yüzlərlə əfqan Tacikistana qaçdı - SƏBƏB 

Yüzlərlə əfqan Tacikistana qaçdı - SƏBƏB 

Hazırda oxunan: Yüzlərlə əfqan Tacikistana qaçdı - SƏBƏB 

27797

Taliban hərəkatının hücumlarından qaçan yüzlərlə əfqan Tacikistana sığınıb. 

Bizim.Media Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayəti hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, artıq vilayətdə Əfqanıstandan Tacikistana pənah gətirən 1000-dən çox qaçqın təhlükəsiz yerlərə yerləşdirilib.

Qaçqınlar əsasən qocalar, qadınlar və uşaqlardan ibarətdir. 

Xatırladırıq ki, son günlər Taliban yaraqlıları Əfqanıstanın Bədəxşan əyaləti ərazisinin bir çox hissəsini tutduğundan qaçqın axınının olması gözlənilən idi. 

Əfqanıstan hökuməti və bir sıra beynəlxalq təşkilat qaçqınları qəbul etdiyinə görə Tacikistan hakimiyyətinə minnətdarlığını bildirib. Son bir neçə gün ərzində isə əfqan hərbçiləri eyni səbəbə görə Tacikistan ərazisinə keçmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO