Yaponiya İmperatoru koronavirusa qarşı peyvənd olundu

Yaponiya İmperatoru koronavirusa qarşı peyvənd olundu

Hazırda oxunan: Yaponiya İmperatoru koronavirusa qarşı peyvənd olundu

27649

İyulun 6-da Yaponiya İmperatoru Naruhito koronavirusa qarşı peyvənd olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Kyodo agentliyi İmperator sarayının İşlər İdarəsinə istinadla məlumat yayıb. Bildirilir ki, 61 yaşlı monarx Tokioda yerləşən sarayında peyvənd olunub. İmperatora hansı peyvəndin vurulduğu isə elan edilməyib.

Xatırladaq ki, Yaponiyada yeni koronavirusa qarşı peyvənd vurulmasına fevralda başlanılıb. Ölkə üzrə fəaliyyət göstərən 4,8 milyon səhiyyə işçisinə peyvənd vurulması, demək olar ki, artıq başa çatdırılıb. Aprelin 12-də isə ölkə əhalisinin yaşı 65-dən yuxarı olan hissəsinə peyvənd vurulmasına başlanılıb. Hazırda bu kateqoriyaya daxil olan insanların 62 faizinə peyvəndin ilk dozası, 28 faizinə isə hər iki dozası vurulub.

Yaponiyada, həmçinin ötən aydan başlayaraq bütün yaş qruplarına peyvənd vurulmasına başlanılıb. İyunun 30-a olan son məlumatlara görə, ölkə əhalisinin 23 faizi peyvəndin ilk dozasını, 12 faizi isə hər iki dozanı alıb.

Qeyd edək ki, ötən il rəsmi Tokio koronavirusa qarşı Britaniya-İsveç birgə müəssisəsi olan “AstraZeneca”, ABŞ-ın “Moderna”, “Pfizer” və Almaniyanın “BionTech” konsorsiumu ilə peyvəndlərinin alınması barədə müqavilə imzalayıb. Sözügedən hər bir peyvənd ölkənin Səhiyyə Nazirliyi tərəfindən istifadə üçün yararlı hesab olunsa da, “AstraZeneca” şirkətinin peyvəndindən hələlik istifadə edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO