Kadırov Çeçenistan prezidenti olmaq üçün namizədliyini irəli sürdü

Kadırov Çeçenistan prezidenti olmaq üçün namizədliyini irəli sürdü

Hazırda oxunan: Kadırov Çeçenistan prezidenti olmaq üçün namizədliyini irəli sürdü

27596

Ramzan Kadırov Çeçenistan Respublikasının başçısı seçkilərində iştirak etmək üçün namizədliyini rəsmən açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “gazeta.ru“ saytı regional seçki komissiyasına istinadən yayıb. 

"1921-ci il sentyabrın 19-na təyin edilmiş Çeçenistan Respublikasının başçısının seçkilərində Çeçenistan Respublikasının hazırkı başçısı, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovun namizədliyi bu gün irəli sürüldü". Bəyanatda belə deyilir. 

Seçki komissiyasından verilən məlumata görə, bölgə başçısı vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti 8 iyulda bitir. 

Ramzan Kadırov 2007-ci ildən Çeçenistan Respublikasının rəhbəridir. Bölgə başçısı üçün son seçkilər 18.5.2016-cı il tarixdə keçirilib, Kadırov seçicilərin 97,56% səsini qazanıb. Bundan əvvəl “Vahid Rusiya” partiyası Kadırovu Çeçenistan rəhbəri seçilməsinə namizəd olaraq irəli sürmüşdü. 

Rusiya Prezidenti Vladimir Putin də Kadırova yeni müddət üçün Çeçenistan rəhbəri seçkilərinə getməyi təklif etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO