Rusiyada radardan itən sərnişin təyyarəsinin yeri axtarılır 

Rusiyada radardan itən sərnişin təyyarəsinin yeri axtarılır 

Hazırda oxunan: Rusiyada radardan itən sərnişin təyyarəsinin yeri axtarılır 

27520

Xəbər verdiyimiz kimi, Rusiyada Petropavlovsk-Kamçatsk - Palana reysini həyata keçirən sərnişin təyyarəsi radardan itib və təyin olunmuş vaxtda əlaqə saxlamayıb. 

Bizim.Media xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 28 nəfər - 22 sərnişin və altı heyət üzvü olub.  

Bölgə hökumətinin mətbuat xidmətindən bildiriblər ki, göyərtədə altı ekipaj üzvü və 21 sərnişin olub, onlardan ikisi 12 yaşınadək uşaqlardır. 

“Bütün əməliyyat gəmiləri hazır vəziyyətə gətirilərək axtarışa göndərilib. Marşrutun sahəsi iki helikopter və xüsusi təyyarə ilə araşdırılır. Xilasedicilər Palanadan aşkarlama nöqtəsinə keçməyə hazırdır”, deyə hökumətdən bildirilib. 

Hal-hazırda Kamçatka Nəqliyyat Prokurorluğu yoxlamaya başlayıb, əməliyyat qərargahı yaradılıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO