Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Herdeke şəhərinin meri İris Ştaltser bir neçə bıçaq zərbəsi alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı OVB və Tagesschau nəşrləri yayıb.
Məlumata görə, 57 yaşlı Ştaltser evinin qarşısında hücuma məruz qalıb. Yaralanmış meri oğlu tapıb və anasının ona bir neçə kişi tərəfindən hücuma məruz qaldığını söyləyib.
Bild qəzeti yazır ki, mer bıçaq zərbələrini qarın və bel nahiyəsində alıb və hazırda kritik vəziyyətdədir.
Polis hücum faktını təsdiqləyib və axtarış əməliyyatına başlayıb, lakin hücum edənlər və onların motivləri barədə hələ açıqlama verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:54 / 07.10.2025
Almaniyada yeni seçilən mer BIÇAQLANDI
Hazırda oxunan: Almaniyada yeni seçilən mer BIÇAQLANDI
Hazırda oxunan: Almaniyada yeni seçilən mer BIÇAQLANDI
274407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.