Selfi çəkən turistə ayı hücum etdi

Selfi çəkən turistə ayı hücum etdi

Hazırda oxunan: Selfi çəkən turistə ayı hücum etdi

274187

Yaponiyanın Qifu prefekturasının Şirakava kəndində ispaniyalı turistə ayı hücum edib. 

Bizim.Media xəbər verir ki, bu barədə El Caso nəşri məlumat yayıb.
 

Hadisə oktyabrın 5-i səhər saat 08:30 radələrində baş verib. Turist dostu ilə birlikdə kənddəki ənənəvi yapon kənd evləri fonunda şəkil çəkdirərkən, kolların arasından çıxan cavan ayı qəfil onun üstünə atılıb. Heyvan kişinin qolunu cırmaqlayıb, sonra isə qaçaraq gizlənib. Onun dostu xəsarət almayıb.


Məlumata görə, turistin xəsarətləri yüngüldür və həyatına təhlükə yoxdur.

Yapon mediası yazır ki, bu, son 11 ildə ayının insana ilk hücumu olub. Hazırda aqressiv heyvanın axtarışları ilə yerli polis, ovçular və kənd administrasiyasının əməkdaşları məşğul olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO