İtaliya A Seriyasının 6-cı turu çərçivəsində keçirilən "Napoli" - "Cenoa" matçına yekun vurulub.
Bizim.Media xəbər verir ki, Dieqo Armando Maradona stadionundakı qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Qarşılaşmada ilk qolu 34-cü dəqiqədə qonaq hücumçu Ceff Ekator vurub. "Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa 57-ci dəqiqədə hesabı bərabərləşdirib. 75-ci dəqiqədə hücumçu Rasmus Hoylund İtaliyanın hazırkı çempionunu hesabda önə keçirib - 2:1.
Beləliklə də, "Napoli" cari mövsümdə 15-ci xalını qazanıb. İtaliya çempionatının turnir cədvəlinə də məhz Neapol komandası başçılıq edir. Genuya klubunun 2 xalı var və cədvəldə 19-cu yerdədir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:19 / 05.10.2025
İtaliya A Seriyası: "Napoli" geridönüşlə qalib gəldi
Hazırda oxunan: İtaliya A Seriyası: "Napoli" geridönüşlə qalib gəldi
Hazırda oxunan: İtaliya A Seriyası: "Napoli" geridönüşlə qalib gəldi
274088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.