ABŞ İranla bağlı türk şirkətlərinə SANKSİYA tətbiq etdi

ABŞ İranla bağlı türk şirkətlərinə SANKSİYA tətbiq etdi

Hazırda oxunan: ABŞ İranla bağlı türk şirkətlərinə SANKSİYA tətbiq etdi

273461

ABŞ Maliyyə Nazirliyi Türkiyədən, həmçinin digər bir sıra ölkələrdən olan 21 şirkəti və 17 fiziki şəxsi İranın hərbi-sənaye kompleksi üçün beynəlxalq təchizat zəncirlərində iştirak etdiklərinə görə sanksiya siyahısına daxil edib.

Bizim.Media xəbər verir ki, məhdudiyyətlər İranda, Çində, Honkonqda, Almaniyada, Portuqaliyada və Uruqvayda yerləşən, ballistik raketlər, HHM sistemləri, helikopterlər və hərbi aviasiya üçün texnologiyaların təchizatında iştirak edən təşkilat və vasitəçiləri əhatə edir.

Vaşinqtonda vurğulanıb ki, bu şəbəkələr amerikalı hərbçilərə, gəmilərə və mülki şəxslərə təhlükə yaradır. Siyahıya daxil edilmiş şirkət və şəxslərin ABŞ-dakı bütün aktivləri dondurulur, onlarla hər hansı əməliyyat aparmaq qadağan edilir.

Sanksiyaların pozulması mülki və cinayət məsuliyyəti ilə yanaşı, xarici maliyyə qurumları üçün də ikinci dərəcəli sanksiyalarla nəticələnə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO