3 qıza qarşı bu hərəkətləri etdi – 18 il HƏBS CƏZASI

3 qıza qarşı bu hərəkətləri etdi – 18 il HƏBS CƏZASI

Hazırda oxunan: 3 qıza qarşı bu hərəkətləri etdi – 18 il HƏBS CƏZASI

273398

Sankt-Peterburqda kişi üç qıza qarşı seksual xarakterli hərəkətlərinə görə 18 il həbs cəzası alıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şəhərin məhkəmələrinin birləşmiş mətbuat xidməti yayıb.

Təqsirləndirilən şəxs azyaşlı və yeniyetmə qızlara qarşı seksual xarakterli hərəkətlər törədib.

Zərərçəkənlərin dəqiq yaşı açıqlanmasa da, onların biri yetkinlik yaşına çatmayan, ikisi isə azyaşlıdır.
 

Məlumata görə, həmin şəxs qızlardan birini zorlayıb. Bundan başqa, onların anasına qarşı zor tətbiq edib və qisasla hədələyib. Onun zərərçəkənlərlə hansı münasibətdə olduğu açıqlanmayıb.


Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs 18 il müddətinə xüsusi rejimli koloniyada cəzasını çəkəcək. Həmçinin, 15 il ərzində azyaşlılarla bağlı işlərdə vəzifə tutmaq hüququndan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO