BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü prezidenti Əhməd Əş-Şaraa ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Suriya dövlət informasiya agentliyi SANA görüş barədə məlumat yayıb və iki foto dərc edib.
Şəkillərdə Tramp və ABŞ-ın birinci xanım Melaniya Əş-Şaraa ilə söhbət edirlər.
Agentlik əlavə detalları açıqlamayıb.
Qeyd edək ki, bu, iki liderin ikinci görüşüdür. Onlar bundan əvvəl may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlar aparıblar.
Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə Tramp və Əş-Şaraa ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.
Bizim.Media