Zelenski: “Müharibə başa çatsa, seçkilərdə namizədliyimi irəli sürməyəcəyəm”

Zelenski: “Müharibə başa çatsa, seçkilərdə namizədliyimi irəli sürməyəcəyəm”

Hazırda oxunan: Zelenski: “Müharibə başa çatsa, seçkilərdə namizədliyimi irəli sürməyəcəyəm”

272364

“Əgər müharibə başa çatsa, yeni prezident seçkilərində öz namizədliyimi irəli sürməyəcəyəm”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Axios Show proqramına verdiyi müsahibədə bildirib.

 

O, qeyd edib ki, əsas məqsəd ölkədə sülhün və sabitliyin bərpasıdır.“Əgər bu məqsədə nail olunarsa, siyasi ambisiyalar ikinci plana keçə bilər.Mənim üçün əsas məsələ şəxsi siyasi karyeram deyil, Ukraynanın gələcəyidir. Əgər müharibə dayandırılsa, yeni seçkilərdə iştirak etməmək barədə qərar qəbul edə bilərəm”, – deyə Zelenski vurğulayıb.



Prezident həmçinin ABŞ prezidenti Donald Tramp ilə Nyu-Yorkdakı görüşündə atəşkəs şəraitində seçkilərin keçirilməsi imkanını müzakirə etdiyini açıqlayıb. Onun sözlərinə görə, söhbət yalnız hərbi əməliyyatların tam dayandırılması fonunda demokratik seçki prosesinin bərpa edilməsindən gedir.

Zelenski əlavə edib ki, bu məsələ Ukraynanın daxili siyasi gündəminin mühüm hissəsi olmaqla yanaşı, həm də beynəlxalq tərəfdaşlarla koordinasiyanı tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO