İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

Hazırda oxunan: İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

271400

Axşam saatlarında İstanbul boğazında ağır qəza baş verib.

Bizim.Media xəbər verir ki, motorlu qayıq (bərə-red.) yük gəmisi ilə toqquşub.

Belə ki, İstanbul Boğazında Beşiktaş-Üsküdar marşrutu üzrə hərəkət edən və sərnişinlərlə dolu olan motorlu qayıq yük gəmisinə çırpılıb.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıb. Sərnişin bərəsi Paşalimanı İskeləsinə yanaşdırılıb. Yük gəmisi isə təhlükəsiz bir bölgəyə istiqamətləndirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO