Nepal parlamenti də buraxılır - Baş nazir postuna müvəqqəti olaraq qadın gətirilir

Nepal parlamenti də buraxılır - Baş nazir postuna müvəqqəti olaraq qadın gətirilir

Hazırda oxunan: Nepal parlamenti də buraxılır - Baş nazir postuna müvəqqəti olaraq qadın gətirilir

270143

Nepalda baş verən dövlət çevrilişi fonunda ölkə Parlamenti buraxılacaq.

Bizim.Media xəbər verir ki, ölkənin keçmiş baş hakimi Suşilla Karki müvəqqəti baş nazir təyin ediləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Nepalda sosial şəbəkələrə qoyulan qadağalardan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Əsas olaraq gənclərin iştirak etdiyi etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər isə sentyabrın 9-da ləğv edilib.

Bununla belə, paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə aksiya təşkil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO