"Nənə öldü" – II Dünya Müharibəsi də Polşadan başlamışdı... – VİDEO

"Nənə öldü" – II Dünya Müharibəsi də Polşadan başlamışdı... – VİDEO

Hazırda oxunan: "Nənə öldü" – II Dünya Müharibəsi də Polşadan başlamışdı... – VİDEO

269858

Xəbər verdiyimiz kimi, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Polşa tərəfi PUA-ların zərərsizləşdirildiyini açıqlayıb.

Polşa bu hadisədən sonra müttəfiqlərlə təcili məsləhətləşmələr üçün NATO-nun 4-cü maddəsinin işə salınmasını tələb edib. Hadisə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başladığı vaxtdan bəri Polşa hava məkanına edilən ən ciddi pozuntu kimi qiymətləndirilib.

Bu hücumdan sonra III Dünya Müharibəsinin başlaması ehtimalı yenidən gündəmə gəlib.

Xüsusilə də, hücumun Polşanı hədəf alması II Dünya Müharibəsinin də oxşar formada başlamasını xatırladır.

Qeyd edək ki, II Dünya Müharibəsi Hitler Almaniyasının 1939-cu ildə Polşaya hücumu ilə başlamışdı.

Maraqlıdır ki, həmin vaxt Hitler Polşaya hücum etmək üçün təxribat hazırlayırdı. "Konserv əməliyyatı" adlanan hadisə isə II Dünya Müharibəsinin başlamasına bəhanə olur...

Həmin əməliyyat necə başladı? Dünya bu hadisəyə necə reaksiya verdi?

Bizim.Media “Belə-belə işlər” layihəsinin mövzu ilə bağlı hazırladığı videonu təqdim edir:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO