Şahzadə Harri uzun fasilədən sonra ilk dəfə atası ilə görüşdü

Şahzadə Harri uzun fasilədən sonra ilk dəfə atası ilə görüşdü

Hazırda oxunan: Şahzadə Harri uzun fasilədən sonra ilk dəfə atası ilə görüşdü

269805

Şahzadə Harri 19 aylıq fasilədən sonra ilk dəfə Londonda atası Kral III Çarlzla görüşüb.

Bizim.Media “Independent”ə istinadən xəbər verir ki, onlar Londondakı Klarens Hausda birlikdə çay süfrəsi arxasında təxminən bir saat vaxt keçiriblər.

Görüşdən sonra Şahzadə Harri dörd günlük Böyük Britaniya səfəri çərçivəsində Londonda keçirilən “İnviktus Oyunları” tədbirinə qatılıb. Harri tədbirdə jurnalistlərin sualına cavab verərək atasının vəziyyətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, Şahzadə Harri ötən ilin may ayında BBC-yə müsahibəsində atasından uzaq qaldığını bildirmiş və ailəsi ilə barışmaq istədiyini demişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO