İngiltərədə Poppy Qasson adlı qadın internetdən sifariş etdiyi qaşlar üçün olan boyadan istifadə edib. O anları da kameraya qeyd etmək istəyən qadın bir neçə saniyə sonra şok içində qalıb.
Moderator.az xəbər verir ki, gənc qadın Çindən sifariş etdiyi qaş boyasının üzərini oxuya bilmədiyi üçün 30 dəqiqə ərzində saxlanma prosesini davam etdirib.
xa0
Qaşlarını itirdikdən sonra dərsini alan qadın, istifadəçi şərhlərini oxuyanda isə sadəcə 5 dəqiqə saxlanması lazım olduğunu öyrənib. Ancaq artıq iş işdən keçmişdi.
xa0
Qaşlarının olmadığını görən qadın "Çindən aldığınız məhsullara diqqət edin. Xüsusən Çin dilində bilmirsinizsə. Mənim vəziyyətimə düşməyinizi istəmirəm" deyərək digər qadınları xəbərdar edib.xa0



Kamran

































































































