Sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub.
Bizim.Media “RBK.ua”ya istinadla xəbər verir ki, hadisə ilə bağlı Polşa hərbi hava qüvvələri təhlükənin qarşısını almaq üçün aviasiyanı havaya qaldırıb, dörd aeroport bağlanıb.
“Şahed”lər Polşaya daxil oldu
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə saatlarında Rusiyaya məxsus dronlar Ukrayna sərhədini keçərək Polşanın hava məkanına daxil olub və Zamoş şəhəri istiqamətində hərəkət edib. Bu şəhər Ukrayna sərhədindən təxminən 60 km uzaqlıqda yerləşir. Monitorinq kanallarının məlumatına görə, Polşa ərazisinə ümumilikdə 10-dan çox “Şahed” dronu daxil ola bilər.
Polşa ordusunun cavabı
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı bildirib ki, hava məkanının təhlükəsizliyi üçün aviasiya cəlb edilib, hava hücumundan müdafiə və radiolokasiya sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Flightradar24 məlumatlarına əsasən, Polşanın hava məkanında F-35 qırıcı təyyarəsi də müşahidə olunub.
Dron təhlükəsi səbəbindən Polşada dörd aeroportun hava məkanı müvəqqəti bağlanıb. Əvvəlcə Rzeşuv aeroportu fəaliyyətini dayandırıb, daha sonra Lublin, Varşava və Modlin aeroportları da bağlanıb.
Polşa ordusunun məlumatına görə, Podlyaska, Mazovetska və Lubelska voyevodluqları ən böyük risklə üz-üzə qalıb.
Polşa rəsmilərinin açıqlamaları
Müdafiə nazirinin müavini Çezari Tomçik bildirib ki, Polşa üzərində dövlət sərhədini pozan obyektlərin zərərsizləşdirilməsi əməliyyatı davam edir. O, prezident və baş nazirin vəziyyət barədə məlumatlandırıldığını, bütün xidmətlərin fəaliyyətə cəlb edildiyini qeyd edib. Baş nazir Donald Tusk isə Polşa ordusunun hədəflərə qarşı silah tətbiq etdiyini təsdiqləyib.
Beynəlxalq reaksiyalar
ABŞ Konqresmeni Co Uilson Rusiyanı Polşaya qarşı müharibə elan etməkdə ittiham edib və Ukraynaya Rusiya ərazisinə zərbə endirmək üçün silah verilməsinə çağırıb. O, həmçinin Rusiyanın hərbi potensialını sıradan çıxarmaq üçün sərt sanksiyaların tətbiqini tələb edib.
ABŞ Senatının üzvü, demokrat Dik Dörbin isə bildirib ki, bu hadisələr NATO-nun Polşa və Baltikyanı ölkələrin müdafiəsində qətiyyətini sınamaq məqsədi daşıyır:
“Putinin Ukraynada törətdiyi qətliamdan sonra belə təcavüzləri görməzlikdən gəlmək olmaz,” – deyə senator vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:41 / 10.09.2025
SON DƏQİQƏ! Rusiya Polşaya hücuma KEÇDİ – Ordu hazır vəziyyətə gətirildi – FOTO
Hazırda oxunan: SON DƏQİQƏ! Rusiya Polşaya hücuma KEÇDİ – Ordu hazır vəziyyətə gətirildi – FOTO
Hazırda oxunan: SON DƏQİQƏ! Rusiya Polşaya hücuma KEÇDİ – Ordu hazır vəziyyətə gətirildi – FOTO
269617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.