Rusiyada Azərbaycan vətəndaşı terror şübhəsi ilə saxlanıldı - FOTO

Rusiyada Azərbaycan vətəndaşı terror şübhəsi ilə saxlanıldı - FOTO

Hazırda oxunan: Rusiyada Azərbaycan vətəndaşı terror şübhəsi ilə saxlanıldı - FOTO

269274

Stavropolda Azərbaycan vətəndaşı saxlanılıb. Onun Rusiyanın ərazisində terror aktları törətməyi planlaşdırdığı bildirilib. 

Bizim.Media “rbc.ru” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ictimai əlaqələr mərkəzi məlumat yayıb. 

Saxlanılan şəxs terror aktlarını Yessentuki və Stavropol şəhərlərində həyata keçirməyi planlaşdırırmış.
 

O, güc strukturlarının binalarında və nəqliyyat mərkəzlərində partlayışlar törətməyi nəzərdə tutub və partlayıcı qurğular hazırlamaq üçün prekursorlar və təsiredici elementlər alıb, onları xüsusi gizli yerdə saxlayıb.


Saxlanılan şəxsin evinə keçirilən axtarış zamanı partlayıcı qurğuların komponentləri, rabitə vasitələri və qanunsuz fəaliyyətini sübut edən elektron daşıyıcılar müsadirə edilib. Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktına hazırlıq) üzrə açılıb. FTX-nin məlumatına görə, saxlanılan şəxs Ukrayna terror təşkilatının rəhbərlərinin birbaşa göstərişi ilə hərəkət edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO