Əfqanıstanda zəlzələdə ölənlərin sayı 3 mini keçdi

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 3 mini keçdi

Hazırda oxunan: Əfqanıstanda zəlzələdə ölənlərin sayı 3 mini keçdi

269113

Əfqanıstanda baş verən güclü zəlzələlər minlərlə insanın həyatına son qoyub.

Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən, təxminən 3 min nəfər həlak olub, 4 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
 

ÜST-nin məlumatında qeyd olunur ki, fəlakət ümumilikdə 84 minədək şəxsi təsirləndirib. Zəlzələnin episentri əsasən Kunar, Nangarhar, Lagman və Nuristan vilayətlərində böyük dağıntılara yol açıb.


Hadisə zamanı 16 tibb ocağının tamamilə sıradan çıxması isə əhalinin tibbi yardıma çıxışını xeyli məhdudlaşdırıb və vəziyyəti daha da ağırlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO