DƏHŞƏT: Funikulyor relsdən çıxıb binaya çırpıldı - 15 ölü, 18 yaralı var - VİDEO

DƏHŞƏT: Funikulyor relsdən çıxıb binaya çırpıldı - 15 ölü, 18 yaralı var - VİDEO

Hazırda oxunan: DƏHŞƏT: Funikulyor relsdən çıxıb binaya çırpıldı - 15 ölü, 18 yaralı var - VİDEO

268619

Portuqaliyanın paytaxtı Lissabonda məşhur funikulyor dəmir yolunun relsdən çıxması nəticəsində 15 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, 9 nəfərin vəziyyəti ağırdır. Ölənlərin Portuqaliya və ya xarici vətəndaşlar olub-olmadığı, qəza zamanı qatarda neçə nəfərin olduğu məlum deyil.

Hadisə yerli vaxtla saat 18:05-də Avenida da Liberdade yaxınlığında baş verib. Ərazidə fövqəladə hallar xidmətinin 62 əməkdaşı və 22 maşın işləyir.

Səlahiyyətlilər hadisənin səbəbini müəyyənləşdirmək üçün hələ tez olduğunu deyirlər, lakin Portuqaliyanın Observador qəzeti trasda kabelin qopması nəticəsində funikulyorun idarəetməni itirərək yaxınlıqdakı bina ilə toqquşduğunu bildirib.

Faciəyə görə sentyabrın 4-ü Portuqaliyada matəm elan edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO