Türkiyədə sərnişin avtobusu aşdı: 27 yaralı var – FOTO

Türkiyədə sərnişin avtobusu aşdı: 27 yaralı var – FOTO

Hazırda oxunan: Türkiyədə sərnişin avtobusu aşdı: 27 yaralı var – FOTO

268474

Türkiyənin Şanlıurfa şəhərində sərnişin avtobusu aşıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İHA nəşri yayıb.

Məlumata görə, səhərə yaxın Şanlıurfa-Qaziantep yolunun Suruç rayonu yaxınlığından keçən hissəsində şəxsiyyəti hələlik məlum olmayan sürücünün idarə etdiyi sərnişin avtobusu idarəetməni itirərək aşıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən və jandarm qrupları göndərilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla Şanlıurfa və Nizipdəki xəstəxanalara çatdırılıb.

Qəza nəticəsində üçü ağır olmaqla, 27 nəfər xəsarət alıb. Sürücü də daxil olmaqla, içində 43 sərnişinin olduğu avtobusun Vandan Hatay istiqamətində hərəkət etdiyi bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO