Baydendən rəsmi Tehrana sərt xəbərdarlıq: “İran nüvə silahı əldə etməyəcək”

Baydendən rəsmi Tehrana sərt xəbərdarlıq: “İran nüvə silahı əldə etməyəcək”

Hazırda oxunan: Baydendən rəsmi Tehrana sərt xəbərdarlıq: “İran nüvə silahı əldə etməyəcək”

26653

ABŞ Prezidenti Co Bayden İranın nüvə silahına malik olmasına imkan verməyəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri İsrail Prezidenti Reuvel Rivlinlə görüşü zamanı bu barədə fikirlərini bildirib.   

“İran bu məsələni nəzərdə saxladığım müddətdə nüvə silahı əldə etməyəcək”, - deyə C.Bayden bildirib.  

Bayden, eyni zamanda İranın nüvə danışıqlarına geri qayıtmaq istədiyini də qeyd edib.

Xatırladaq ki, iyunun 27-də İran hökuməti uranın zənginləşdirilməsi yönündə gördüyü tədbirlərə bağlı MAQATE-yə və digər beynəlxalq təşkilatlara heç bir hesabat verməyəcəklərini açıqlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO