“Moskva Ukrayna ilə istənilən formatda danışıqları davam etdirməyə hazırdır, lakin liderlər arasında görüş yalnız ciddi hazırlıqdan sonra keçirilməlidir və danışıqlar prosesinə yekun vurmalıdır”.
Bizim.Media “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında danışıb.
“Biz istənilən formata hazırıq. Amma ali səviyyəli görüşlərdən söhbət gedirsə, bu görüşlər ən diqqətli şəkildə hazırlanmalıdır ki, vəziyyəti gərginləşdirməsin və danışıqlara son nöqtəni qoysun”, – deyə Lavrov bildirib.
Lavrov Putinin Donald Trampla telefon danışığında Zelenski ilə görüşə razılaşması ilə bağlı açıqlamalara da münasibət bildirib.
Nazirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında Ukrayna ilə danışıqların davam etdirilməsi və nümayəndə heyətlərinin rəhbərlərinin səviyyəsinin artırılması təklifini irəli sürüb.
“Tramp bu ideyanı müsbət qarşıladı. Biz gözləyirik ki, o, bunu Kiyev nümayəndələrinə də çatdıracaq və onların reaksiyasını alacağıq”, – deyə Lavrov əlavə edib.
O, həmçinin Vladimir Putin ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüş barədə konkretlik olmadığını bildirib.
Lavrovun fikrincə, Ukraynaya təhlükəsizlik təminatlarının müzakirəsi Moskvanın iştirakı olmadan mümkünsüzdür.
Nazirin sözlərinə görə, Rusiya ABŞ, Böyük Britaniya, Fransa və Çinlə bərabər əsasda Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə razıdır:
“Əminəm ki, Qərbdə, ilk növbədə ABŞ-da yaxşı anlayırlar – Rusiyanın iştirakı olmadan təhlükəsizliyin təmin olunmasını ciddi şəkildə müzakirə etmək utopiyadır, bu, çıxılmaz yoldur”.
Nazir qeyd edib ki, Moskvanın mövqeyinə görə, Ukraynaya təhlükəsizlik təminatları məsələsində 2022-ci ildə İstanbulda aparılan danışıqlarda əldə olunmuş razılaşmalara əsaslanmaq lazımdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ukrayna və Avropa liderləri ilə görüşdən sonra Putin-Zelenski görüşünün baş tutacağını elan etmişdi:
“Mən prezident Putinlə prezident Zelenski arasında yeri hələ müəyyən edilməyən görüşün hazırlığına başlamışam. Bu görüşdən sonra biz üçtərəfli görüş keçirəcəyik, bu görüşdə iki dövlət başçısı və mən də iştirak edəcəyik”, - deyə ABŞ lideri bildirmişdi.
Almaniya Kansleri Fridrix Merts isə bildirmişdi ki, Putin ABŞ Prezidenti Trampla telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə yaxın iki həftə ərzində görüşməyə razılaşıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:15 / 21.08.2025
Putin Zelenski ilə görüşdən imtina edib? – Lavrovdan SENSASİON AÇIQLAMA
Hazırda oxunan: Putin Zelenski ilə görüşdən imtina edib? – Lavrovdan SENSASİON AÇIQLAMA
Hazırda oxunan: Putin Zelenski ilə görüşdən imtina edib? – Lavrovdan SENSASİON AÇIQLAMA
266283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.