Rusiyalı ekspert: “Ermənistanın məğlubiyyət səbəbi...”

Hazırda oxunan: Rusiyalı ekspert: “Ermənistanın məğlubiyyət səbəbi...”

2662

“Qarabağdakı müharibənin nəticəsinə bir sıra amillər, ilk növbədə Ermənistanla Azərbaycan arasındakı resurslar baxımından böyük fərq səbəb oldu”.

Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, bunu rusiyalı hərbi ekspert Vasili Kaşin deyib.

O, bildirib ki, Ermənistanın Qarabağdakı məğlubiyyətinin səbəbi ötən 20 il ərzində hərbi xərclərin Azərbaycanın xərcləri ilə müqayisədə 3-5 dəfə az olmasıdır:

“Azərbaycanın istifadə etdiyi müəyyən növ silahların Ermənistanın alması qeyri-mümkün idi. Boşluğun bir hissəsi diqqətlə planlaşdırıla və daxili mənbələrin səfərbər edilməsi ilə aradan qaldırıla bilərdi, amma bu baş vermədi".

"Ən azı 2016-cı ildən bəri bölgədəki hərbi qüvvələrin balansını müşahidə edənlərin hamısı Azərbaycanın silah məsələsində olduqca üstün olduğunu vurğulayırdılar".

"Yəqin ki, o vaxtdan etibarən nəyin bahasına olursa-olsun kompromisə nail olmaq, müharibədən uzaqlaşmaq üçün bəzi təcili tədbirlər görmək və ya bütün qüvvələrin maksimum səfərbərliyinə, hazırlığına başlamaq lazım idi".


"Kaşin bildirib ki, son iki-üç ildə azərbaycanlılar hazırlıq mərhələsində idilər, Ermənistan da bütün diqqətini hərbi hazırlıqlara yönəltməli idi, amma Ermənistanın müharibəyə hazır olmadığı ortaya çıxdı".

"Bu səhv isə hərbi-texniki siyasətdə, özlərini doğrultmayan texnikalara pul israfında əks olundu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO