“WhatsApp”da mesaj yazmaq üsulu dəyişdi - Belə olacaq

“WhatsApp”da mesaj yazmaq üsulu dəyişdi - Belə olacaq

Hazırda oxunan: “WhatsApp”da mesaj yazmaq üsulu dəyişdi - Belə olacaq

266090

“WhatsApp” istifadəçi təcrübəsini artırmaq üçün yenilik üzərində işləyir.

Bizim.Media xəbər verir ki, yeni funksiya istifadəçilərə süni intellektlə işləyən kömək təklif edir.
 

Yenilik tətbiqin iOS beta versiyasında müşahidə edilib. Məlumata görə, bu köməkçi istifadəçilərə göndərdikləri mesajlarda kömək edir. Bildirilir ki, istifadəçi qaralama yaradır və AI qaralamadakı səhvləri aradan qaldırır, mətni anlaşılan, göndərilə bilən mesaj edir.


“WhatsApp”ın yeni funksiyasından istifadə etmək olduqca sadədir.

İstifadəçilər mesaj yazmağa başlayanda stiker işarəsinin karandaş ikonasının dəyişdiyini müşahidə edəcəklər. Ona toxunduqdan sonra MetaAI ilə işləyən yazı köməkçisi aktivləşəcək.

İstifadəçilər onlara təqdim olunan təkliflərdən birini seçib çata göndərə biləcəklər. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO