İsveçin Baş naziri Stefan Leven istefa etdiyini və heç bir əlavə seçki keçirilməyəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yerli “Radio Sweden” radiostansiyasına istinadən yayıb.
Bildirilib ki, Leven parlamentin sədri Andreas Norlendən yeni hökuməti qurmağı istəyib.
Daha əvvəl İsveç parlamenti baş nazir Levenə qarşı etimadsızlıq layihəsini qəbul etmişdi. 181 deputat lehinə, 168 nəfər əleyhinə səs vermişdi. Levenin yeni seçkilərin təyin edilməsi və ya istefa verməsi üçün bir həftə vaxtı qalmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:10 / 28.06.2021
İsveçin Baş naziri istefa verdi
Hazırda oxunan: İsveçin Baş naziri istefa verdi
Hazırda oxunan: İsveçin Baş naziri istefa verdi
26550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.