Lavrov Alyaska görüşündən DANIŞDI – “Bizim də arqumentlərimiz var”

Lavrov Alyaska görüşündən DANIŞDI – “Bizim də arqumentlərimiz var”

Hazırda oxunan: Lavrov Alyaska görüşündən DANIŞDI – “Bizim də arqumentlərimiz var”

265318

“Moskvanın Alyaskada keçiriləcək Rusiya–ABŞ danışıqlarında ortaya qoyacağı aydın mövqeyi və arqumentləri var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya24” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun səfərləri zamanı bu istiqamətdə artıq mühüm işlər görülüb.
 

“Biz əvvəlcədən heç nəyi proqnozlaşdırmırıq. Bilirik ki, mövqeyimiz başadüşülən və dəqiqdir, arqumentlərimiz var. Onları təqdim edəcəyik. Uitkoff Prezident Trampın adından çıxış edib. Ümid edirik ki, bu gün həmin çox faydalı söhbəti davam etdirəcəyik,” – Lavrov vurğulayıb.


Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23.00-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq. Görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO