Özbəkistanlı nazir Türk Şurasının Baş katibi ilə görüşdü – SƏBƏB 

Özbəkistanlı nazir Türk Şurasının Baş katibi ilə görüşdü – SƏBƏB 

Hazırda oxunan: Özbəkistanlı nazir Türk Şurasının Baş katibi ilə görüşdü – SƏBƏB 

26485

Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov bu ölkədə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Bizim.Media nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, prioritet istiqamətlərdə əlaqələrin aktivləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. 

Danışıqlarda Türk Şurasının üzvü olan ölkələr arasında nəqliyyat, tranzit dəhlizlərinin şaxələndirilməsi, nəqliyyat-loqistika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilib. 

Qərara alınıb ki, Özbəkistan Türk Şurasının hazırladığı bir sıra sənədin hazırlanmasında aktiv iştirak etsin. 

Tərəflər bu günlərdə Kokand şəhərində Türk Şurası turizm nazirlərinin VI iclasının uğurla keçirilməsindən və Özbəkistanın “Müasir İpək Yolu” proqramına qoşulmasından məmnun olduqlarını bildiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO