Dünyanın sabiq bir nömrəli raketka ustası Serena Uilyams Tokio Olimpiadasını buraxacaq.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
"İştirakçıların siyahısında deyiləm. Varsa, deməli olmamalıdır". Jurnalist Tumayni Karayo “Twitter”də Uilyamsın dediklərindən sitat gətirib.
Serena Uilyams karyerasında 23 dəfə “Böyük şlem” qazanıb. Ümumilikdə o, WTA turnirində 72 dəfə qalib olub. 2012 London Olimpiadasında həm təklikdə, həm də cütlükdə qızıl medal alıb. Hal-hazırda dünyanın ən yaxşı tennisçiləri sıralamasında onuncu sırada iştirak edir.
Xatırladaq ki, Serena Uilyams Amerikalı milyonçu, Reddit saytının qurucusu Aleksis Ohanyan ilə evlidir. 2017-ci ilin sentyabr ayında onların bir qızı olub. Körpəyə Aleksis Olimpiya Ohanyan adı verilib.
Bizim.Media
Serena Williams is not playing the Olympics. “I’m actually not on the Olympic list. If I am, I shouldn’t be on it.”
— Tumaini Carayol (@tumcarayol) June 27, 2021