Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar çərçivəsində 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Rusiya Federasiyasına qarşı sanksiyalar paketinin tətbiqi ilə bağlı rəsmi jurnalında bildirilib. Həmin şirkətlər Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sinqapur və Mavrikiyaya məxsusdur.
Sanksiyaya məruz qalan xarici şirkətlər arasında Çinin "Bellatrix Energy", "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK", "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry", Hindistanın "Intershipping Services Hub Private" və "Nayara Energy", Mavrikiyanın "Redbird Corporate Services" və "Sapang Shipping" Sinqapurun "2Rivers PTE", Azərbaycanın "Aqua Fleet Management", BƏƏ-nin "Intershipping Services", "Twister Shipmanagement", "Admiral Group", "Milavous Group", "2Rivers DMCC", "Monolink Group" və "Tarabya Logistics" şirkətləri yer alıb.
Bizim Media

- A-
- A
- A+
Dünya
09:50 / 19.07.2025
Azərbaycan şirkəti Avropa İttifaqının “qara siyahısı” na düşdü
Hazırda oxunan: Azərbaycan şirkəti Avropa İttifaqının “qara siyahısı” na düşdü
Hazırda oxunan: Azərbaycan şirkəti Avropa İttifaqının “qara siyahısı” na düşdü
260643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.