Britaniyalı general: “Ordumuz çox zəifdir, Rusiya ilə müharibəyə hazır deyil”

Britaniyalı general: “Ordumuz çox zəifdir, Rusiya ilə müharibəyə hazır deyil”

Hazırda oxunan: Britaniyalı general: “Ordumuz çox zəifdir, Rusiya ilə müharibəyə hazır deyil”

259863

Böyük Britaniya ordusu çox kiçik və zəifdir, bu səbəbdən yaxın beş il ərzində Rusiya ilə baş verə biləcək müharibəyə hazır deyil.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya Ordusunun keçmiş Baş Qərargah rəisi general Patrik Sanders İsrailin Walla nəşrinə danışarkən bildirib.

General mülki əhalinin müharibəyə hazırlığının təmin olunmasında buraxılan ciddi boşluqları tənqid edib və İrandan gələn təhlükələrə də diqqət çəkib.

“Əgər indi tədbir görməsək və güclənməsək, sadəcə olaraq hazırlıqsız yaxalanacağıq. Böyük Britaniya önümüzdəki 5 il ərzində Rusiya ilə hərbi qarşıdurmaya girə bilər,” – deyə Sanders xəbərdarlıq edib.
 

Onun sözlərinə görə, 2030-cu ilə qədər Vladimir Putinin qoşunları ilə birbaşa hərbi toqquşma tamamilə realdır. Lakin general hesab edir ki, indiki vəziyyətində Britaniya ordusu bu ssenariyə hazır deyil.


İstefada olan 59 yaşlı general əlavə edib ki, Britaniya ordusu bir neçə aydan artıq intensiv münaqişəyə tab gətirə bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO