Sergey Sobyanindən koronavirusla bağlı AÇIQLAMA: “Kafelərə yalnız...”

Sergey Sobyanindən koronavirusla bağlı AÇIQLAMA: “Kafelərə yalnız...”

Hazırda oxunan: Sergey Sobyanindən koronavirusla bağlı AÇIQLAMA: “Kafelərə yalnız...”

25963

Moskvada bütün iaşə obyektləri “kovidsiz” rejimdə işləyəcək. 

Bizim.Media xəbər verir ki, iyunun 28-dən Rusiya paytaxtının iaşə obyektlərinə yalnız koronavirusa qarşı peyvənd olunmuş, yaxud son 6 ay ərzində koronavirusa yoluxub sağalmış, eləcə də COVID-19 testinin mənfi nəticəsi olan şəxslərə xidmət göstərəcək.

Belə testlər yalnız 3 gün ərzində qüvvədə olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus peyvəndini ixtira edən həkimdən 4-cü dalğa PROQNOZU


Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. 

Eyni zamanda, restoran və kafelər kağız sertifikatlar qəbul etməyəcəklər. Müştərilər yalnız xüsusi QR kod təqdim etməlidir. Moskva meri bu tədbiri yeni lokdauna getməmək üçün qabaqlayıcı tədbir kimi qiymətləndirib. 

Turistlər və Rusiya paytaxtının qonaqları da koronavirus testi verməli və yeni qaydalara uyğun sertifikat almalıdırlar. 

Qeyd edək ki, ötən gün Moskvada koronavirusdan 88 nəfər həyatını itirib.

Bu, pandemiya dövrü ərzində ən yüksək göstəricidir. Ümumilikdə Rusiya paytaxtında indiyədək 21 686 xəstə koronavirusun qurbanı olub. İyunun 22-də 6 534 yeni xəstə aşkar edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO