Ukraynada azərbaycanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

Ukraynada azərbaycanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Ukraynada azərbaycanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

257845

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Amil Ömərovun prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var.

O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən - Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib.
 

Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla - Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 ildir.


Qeyd edək ki, Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idarəetməsi üzrə elmlər doktoru professor Azad Ömərovun oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO