Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Hazırda oxunan: Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

256495

İsrail İranla müharibədə “tarixi qələbə” qazana bilib.

Bizim.Media xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Benyamin Netanyahu xalqa video-müraciətində çıxış edib.
 

“Biz nəsillər boyu xatırlanacaq tarixi bir qələbə qazandıq. İki birbaşa mövcudluq təhdidini aradan qaldırdıq: nüvə bombaları ilə məhv edilmə təhlükəsini və 20 min ballistik raketlə məhv edilmə təhlükəsini”, – deyə Netanyahu bildirib.


“Biz (İsrail – red.) İranın nüvə proqramını dondurduq və əgər kimsə bu proqramı yenidən diriltməyə cəhd etsə, biz həmin cəhdin qarşısını eyni qətiyyət və güclə alacağıq”, – deyə o davam edib.

Netanyahu bildirib ki, İranın nüvə silahı olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO