ŞOK: İranda İsrailin PUA istehsal edən sexi tapıldı

ŞOK: İranda İsrailin PUA istehsal edən sexi tapıldı

Hazırda oxunan: ŞOK: İranda İsrailin PUA istehsal edən sexi tapıldı

255196

İranın İsfahan vilayətində İsrailin rəsmi Tehrana qarşı həyata keçirdiyi hücumlarda istifadə etdiyi pilotsuz uçuş aparatlarının (PUA) istehsal olunduğu sex aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə vilayət polisinin nümayəndəsi general Məhəmmədrza Haşemifar məlumat yayıb.

Onun sözlərinə görə, sex genişmiqyaslı istintaq tədbirlərindən sonra aşkarlanıb. Polisin koordinasiyalı əməliyyatı nəticəsində dörd nəfər şübhəli şəxs, o cümlədən İsrailin agentləri saxlanılıb.

İran hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, həmin məkanda PUA-ların yığılması üçün avadanlıqlar və ehtiyat hissələri, həmçinin partlayıcı maddələr aşkarlanıb.

Bu hadisə İran ilə İsrail arasında artan gərginliyin fonunda baş verir və İran daxilində xarici kəşfiyyat və diversiya fəaliyyətlərinin intensivləşdiyini göstərən növbəti sübut kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO