İran ərazisindən pilotsuz uçuş aparatlarının (PUA) buraxılması ilə əlaqədar İsrailin bir sıra bölgələrində hava hücumu həyəcanı elan edilib, sirenlər səslənib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İran ərazisindən İsrailə doğru göndərilən PUA-lar aşkar edildikdən sonra İsrailin bir sıra bölgələrində sirenlər səslənib”, - bəyanatda deyilir.
Ordunun mətbuat xidmətindən vurğulanıb ki, İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün müdaxilə və zərbə endirmək üçün tədbirlər görür.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:20 / 14.06.2025
İrandan gələn PUA-lara görə İsraildə hava hücumu həyəcanı elan edilib
Hazırda oxunan: İrandan gələn PUA-lara görə İsraildə hava hücumu həyəcanı elan edilib
Hazırda oxunan: İrandan gələn PUA-lara görə İsraildə hava hücumu həyəcanı elan edilib
254654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.