Məhv edilən İran generallarının yerinə YENİ TƏYİNATLAR - FOTO

Məhv edilən İran generallarının yerinə YENİ TƏYİNATLAR - FOTO

Hazırda oxunan: Məhv edilən İran generallarının yerinə YENİ TƏYİNATLAR - FOTO

254469

Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə zərbələri nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami həlak olub.

Bizim.Media xəbər verir ki, İranın ali rəhbəri Əli Xamenei sözügedən postlara müvəqqəti rəhbərlər təyin edib.

Belə ki, Həbibullah Sayyari Silahlı Qüvvələrin müvəqqəti Baş Qərargah rəisi, Əhməd Vahidi isə SEPAH-ın Baş komandanı təyin olunublar.
 

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.


Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO