ABŞ-da təyyarə QƏZASI - Ölənlər var - VİDEO

ABŞ-da təyyarə QƏZASI - Ölənlər var - VİDEO

Hazırda oxunan: ABŞ-da təyyarə QƏZASI - Ölənlər var - VİDEO

253869

ABŞ-ın Kaliforniya ştatında içərisində 6 nəfərin olduğu kiçik təyyarə okeana düşüb.

Bizim.Media xəbər verir ki, Kaliforniyada 1970-ci ilin istehsalı olan “Cessna 414” tipli kiçik təyyarə uçuşdan 6 dəqiqə sonra okeana düşüb.

Göyərtəsində 6 nəfərin olduğu təyyarənin düşdüyü yerdə suyun dərinliyinin təxminən 61 metr olduğu və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, təyyarədə pilot, pilotun həyat yoldaşı, ata və üç oğlu da daxil olmaqla 6 nəfər olub.

San Dieqo Beynəlxalq Hava Limanından havaya qalxan təyyarənin Arizona ştatının Feniks şəhərinə getdiyi açıqlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO