Marsda həyat başlayır? Alimlər Qırmızı Planeti yaşıl gələcəyə hazırlayır

Marsda həyat başlayır? Alimlər Qırmızı Planeti yaşıl gələcəyə hazırlayır

Hazırda oxunan: Marsda həyat başlayır? Alimlər Qırmızı Planeti yaşıl gələcəyə hazırlayır

253798

Alimlər Marsı yaşamaq üçün əlverişli bir planetə çevirmək məqsədilə yeni texnologiyalar əsasında planlar hazırlayıblar.

Bizim.Media xəbər verir ki, “Nature Astronomy” jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, yaxın onilliklərdə Marsda mikrob həyatının ilk izləri yaradıla bilər.

Uzaq gələcəkdə isə burada insan şəhərlərinin qurulması hədəflənir.

Tədqiqatın müəllifləri bildirir ki, sintetik biologiya və SpaceX-in “Starship” layihəsi bu prosesi reallaşdırmaq üçün əsas açarlardandır.

Çikaqo Universitetinin dosenti Edvin Kitenin sözlərinə görə, Mars gələcəkdə qalaktik miqyaslı səyahətlər üçün baza rolunu oynaya bilər.
 

Harvard Universitetinin professoru Robin Vordsvort isə insanlığın biosferin bir hissəsi olduğunu və həyatın başqa planetlərə yayılmasının vacibliyini vurğulayıb.


Alimlər Marsı həm də yaşıl texnologiyaların inkişafı üçün sınaq meydançası kimi görür. Onların fikrincə, bu texnologiyalar orada tətbiq edilərək daha sonra Yer üçün də faydalı ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO