Daha bir yapon maşınının istehsalı dayandırıldı - Çinə görə

Daha bir yapon maşınının istehsalı dayandırıldı - Çinə görə

Hazırda oxunan: Daha bir yapon maşınının istehsalı dayandırıldı - Çinə görə

253176

Yapon avtomobil nəhəngi "Suzuki Swift" modelinin istehsalını dayandırıb.

Bizim.Media xəbər verir ki, Yaponiyanın məşhur avtomobil istehsalçısı "Suzuki" Çinin nadir torpaq elementlərinə tətbiq etdiyi ixrac məhdudiyyətlərinə görə "Swift" modelinin istehsalına müvəqqəti ara verdiyini açıqlayıb.

Nikkei-nin məlumatına görə istehsalın dayandırılması 26 may tarixində başlayıb və azı 6 iyuna qədər davam edəcək.

Şirkət daha əvvəl bu fasiləni elan etsə də, səbəbləri ictimaiyyətlə bölüşməmişdi.
 

Sonradan məlum olub ki, Çin tərəfindən tətbiq edilən yeni ixrac siyasəti bir çox sahəyə, xüsusən avtomobil və texnologiya sektorlarına ciddi təsir göstərib. Swift model avtomobillərdə istifadə olunan nadir torpaq elementlərinin tədarükündəki çətinliklər "Suzuki"nin Yaponiyadakı istehsal planlarını pozub.


Şirkətin açıqlamasına görə, istehsalın nə vaxt normallaşacağı hələlik məlum deyil və bu məsələ tədarük zəncirindəki vəziyyətə əsasən müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO