Rusiya Ukraynanın zədələdiyi təyyarələri bərpa edəcək? – RƏSMİ AÇIQLAMA

Rusiya Ukraynanın zədələdiyi təyyarələri bərpa edəcək? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Rusiya Ukraynanın zədələdiyi təyyarələri bərpa edəcək? – RƏSMİ AÇIQLAMA

253169

1 iyun tarixində Ukraynanın həyata keçirdiyi hücum zamanı zədələnmiş Rusiya hərbi təyyarələri məhv edilməyib, onlar bərpa ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbər müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib.
 

“Texnika, haqqında danışılan avadanlıqlar Müdafiə Nazirliyinin nümayəndələrinin də dediyi kimi məhv edilməyib, sadəcə zədələnib. Onlar bərpa olunacaq,” – deyə Ryabkov bildirib. 


O, bu fikirləri Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) keçirdiyi əməliyyatın strateji balansda yaratdığı mümkün təsirə dair suala cavab olaraq deyib.

Ryabkov Ukrayna rəhbərliyinin hücum nəticələri ilə bağlı açıqlamalarını əsassız adlandırıb.

“Reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdur,” – deyə diplomat qeyd edib. O əlavə edib ki, yalnız Rusiya Müdafiə Nazirliyinin rəsmi kanalları ilə yayılmış məlumatlara istinad edilməlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO