Rusiya rəsmiləri İstanbula gəldi - Ukrayna tərəfi ilə danışıq aparacaqlar

Rusiya rəsmiləri İstanbula gəldi - Ukrayna tərəfi ilə danışıq aparacaqlar

Hazırda oxunan: Rusiya rəsmiləri İstanbula gəldi - Ukrayna tərəfi ilə danışıq aparacaqlar

252510

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-dakı mənbə bildirib.

"Danışıqlar aparan qrup İstanbula gəlib", - agentliyin mənbəsi deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də Ukraynaya böhranın səbəblərini aradan qaldırmağın bütün aspektləri ilə bağlı memorandum təqdim etməyə hazırdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, hazırda əsas məsələ birbaşa danışıqlar prosesini davam etdirməkdir.

İyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Umerov İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO