Ukrayna Rusiyanın hərbi hava bazalarına pilotsuz uçuş aparatları ilə hücumu barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” adı açıqlanmayan respublikaçı rəsmiyə istinadən məlumat yayıb.
Vurğulanıb ki, əməliyyat Ukrayna təhlükəsizlik xidməti tərəfindən həyata keçirilib və bir ildən çoxdur planlaşdırılıb.
Qeyd edək ki, Kiyev bir neçə bazada onlarla strateji bombardmançı təyyarəni hədəfə alaraq Rusiya ərazisinə misli görünməmiş zərbələr endirib.
Artıq Rusiya Müdafiə Nazirliyi ölkənin Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara Ukraynanın PUA-lar ilə zərbələr endirdiyini təsdiq edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
02:40 / 02.06.2025
Ukrayna Rusiya hərbi aviabazalarına hücumları barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib
Hazırda oxunan: Ukrayna Rusiya hərbi aviabazalarına hücumları barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib
Hazırda oxunan: Ukrayna Rusiya hərbi aviabazalarına hücumları barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib
252498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.