Hindistan qırıcı təyyarələrinin itirildiyini etiraf etdi

Hindistan qırıcı təyyarələrinin itirildiyini etiraf etdi

Hazırda oxunan: Hindistan qırıcı təyyarələrinin itirildiyini etiraf etdi

252432

Hindistan Müdafiə Nazirliyinin Qərargah rəisi Anil Çauhan ilk dəfə olaraq may ayında Pakistanla baş verən toqquşmalar zamanı qırıcı təyyarələrin itirildiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bununla belə, o, İslamabadın altı təyyarənin vurulması barədə bəyanatını təkzib edib.

Çauhan Sinqapurda keçirilən Shangri-La Dialoqu sammitində bildirib: “Rəqəmlər önəmli deyil, önəmli olan onların hansı səbəbdən vurulduğudur”.

Pakistan ordusu Hindistanın 6–7 may 2025-ci il tarixlərində başladığı “Sindu” əməliyyatı çərçivəsində endirdiyi zərbələrə cavab olaraq, bir neçə Hindistan qırıcısını vurduğunu iddia edib.

Müxtəlif mənbələrin məlumatına görə, Pakistan rəsmiləri – o cümlədən müdafiə naziri Xavaja Asif və baş nazir Şahbaz Şərif – Hindistana məxsus 5–6 təyyarənin vurulduğunu bəyan ediblər. Vurulduğu iddia edilənlər arasında Fransız istehsalı olan 3 və ya 4 Rafale qırıcısı, bir MiQ-29 və bir Sovet-Rusiya istehsalı olan Su-30MKI təyyarəsi də yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO