Kriptovalyuta investorları ABŞ Prezidenti Donald Trampın onlar üçün təşkil etdiyi özəl şam yeməyindən narazı qalıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Belə ki, Tramp mayın 22-də Virciniya qolf klubunda $TRUMP kriptovalyutasının 220 nəfər sərmayədarı üçün xüsusi şam yeməyi verib.
Qonaqlar şam yeməyinə adambaşına 1,7 milyon dollar xərcləyiblər. Lakin onlar verilən yeməklərin keyfiyyətini tənqid ediblər.
Qeyd edək ki, Tramp “Marine One” restoranında 23 dəqiqəlik çıxışından sonra oranı tərk edib.
Bizim.Media