Hakan Fidan sabah Moskvaya gedəcək

Hakan Fidan sabah Moskvaya gedəcək

Hazırda oxunan: Hakan Fidan sabah Moskvaya gedəcək

251256

Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Bildirilib ki, mayın 26-27-də Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada səfərdə olacaq Fidan Rusiya Prezidenti tərəfindən qəbul olunacaq.

Bundan başqa, Türkiyə XİN başçısının rusiyalı həmkarı Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski və müdafiə naziri Andrey Belausovla görüşlər keçirəcəyi qeyd olunub.

Görüşlərdə Türkiyə-Rusiya münasibətləri, Ukrayna böhranının həlli müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO