İran Çinin "Haokun Energy" şirkətindən barter müqaviləsi ilə aldığı iki "Airbus A330" təyyarəsini hava donanmasına əlavə edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı ILNA agentliyinə istinadla xəbər yayıb.
Bildirilir ki, hər bir təyyarənin qiyməti 30 milyon dollardan az olub. Ümumi sövdələşmənin dəyəri isə İran nefti ilə təxminən 116 milyon dollar təşkil edib.
Saziş İranın keçmiş prezidenti İbrahim Rəisinin administrasiyası dövründə bağlanıb. Bu barədə aprel ayında keçmiş yol və şəhərsalma naziri Mehrdas Bəzrpaş məlumat verib.
Qeyd edək ki, barter sövdələşmələri İrana təyyarə və komponentlərin tədarükünü məhdudlaşdıran beynəlxalq sanksiyalardan yayınmağın yollarından birinə çevrilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:53 / 25.05.2025
Çin şirkəti iki təyyarəni İran neftinə dəyişdi
Hazırda oxunan: Çin şirkəti iki təyyarəni İran neftinə dəyişdi
Hazırda oxunan: Çin şirkəti iki təyyarəni İran neftinə dəyişdi
251246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.