Cənubi Koreyanın Müdafiə Nazirliyi ölkədəki ABŞ qoşunlarının bir hissəsinin çıxarılması barədə müzakirələr aparılmadığını açıqlayıb.
Bizim.Media “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi rəsmi bəyanat yayıb.
"USFK Cənubi Koreya-ABŞ ittifaqının əsas gücü olaraq, Şimali Koreyanın işğal və təxribatının qarşısını almaqla Koreya yarımadasında və regionda sülh və sabitliyə töhfə verib", - deyə nazirliyin açıqlamasında qeyd olunur.
Paralel olaraq, USFK də bu iddianı rədd edən açıqlama yayıb.
ABŞ hərbi kontingentinin bir hissəsinin Cənubi Koreyadan çıxarılması barədə xəbərin doğru olmadığı vurğulanan açıqlamada deyilir ki, ABŞ Cənubi Koreyanın müdafiəsinə qətiyyətlə sadiqdir. Biz dəmir ittifaqımızı qorumaq və gücləndirmək üçün Cənubi Koreyanın yeni hökumət rəsmiləri ilə işləməyi səbirsizliklə gözləyirik.
Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” qəzetində Donald Tramp administrasiyasının ABŞ-ın Cənubi Koreyadakı 28 min 500 nəfərlik hərbi kontingentinin (USFK) 15 faizini (4500 nəfər) Hind-Sakit okean regionundakı digər məntəqələrə, o cümlədən QUAM adasına köçürməyi planlaşdırdığını iddia edən məqalə dərc edilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:59 / 24.05.2025
ABŞ qoşunlarını Cənubi Koreyadan ÇIXARIR?
Hazırda oxunan: ABŞ qoşunlarını Cənubi Koreyadan ÇIXARIR?
Hazırda oxunan: ABŞ qoşunlarını Cənubi Koreyadan ÇIXARIR?
251033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.